Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bakının "İnter" klubu öz meydanında Moldova "Tiraspol"u ilə qarşılaşacaq.
İdmanxeber.com-un məlumatına görə, artrıq bu matç üçün satışa çıxarılan biletlərin bir qismi satılıb. Saat 21:00-da start götürəcək matç üçün bu saata 1500 bilet satılıb və günün sonuna kimi bu rəqəmin azı 3 min olacağı gözlənilir.
Qeyd edək ki, "bankirlər" ilk görüşdə rəqibini səfərdə 3:2 hesabı ilə məğlub etmişdi.