İtaliya “İnter”i futbolçusu Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamaq niyyətindədi.
İdmanxeber.az-ın İtaliya mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə millisinin üzvü “İnter”in ona etdiyi yeni müqavilə təklifinə “hə” deyib. Hakan Çalhanoğlu ilə bağlanacaq yeni müqaviənin müddəti 2027-ci ilədək nəzərdə tutulub.
Qeyd edək ki, Çalhanoğlu “İnter” forması ilə 11 qol vurub, 19 məhsuldar ötürmə edib.