Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb.
İdmanxeber.com-un məlumatına görə, İsveçrənin Nyon şəhərində atılacaq püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayıb..
Bu turnirdə ölkəmizi təmsil edən "Qəbələ" və "İnter"in də rəqibləri bəlli olub. Təbii ki, klublarımız II təsnifat mərhələsindən üzüağ çıxa bilsələr o zaman müvafiq olaraq "bankirlər" Bilbao "Atletik"i, "qırmızı -qaralar" isə "Apollon" – "Trakai" cütünün qalibi ilə qarşılaşacaq.
İlk görüşdə qələbə qazanan "İnter"in mərhələ adlayaraq İspaniyaya gedəcəyi olduqca realdı.
"Atletik" (Bilbao, İspaniya) – "İnter" – "Hafnarfyordur" cütünün qalibi
"Qəbələ" III mərhələyə yüksələcəyi təqdirdə "Apollon" – "Trakai" cütünün qalibi ilə qarşılaşacaq!