Bakının “İnter” klubunun Antalya toplanışı çərçivəsində keçirəcəyi dördüncü sınaq matçındakı rəqibin adına da aydınlıq gəlib.
İdmanxeber.com-un klubdan əldə etdiyi məlumata görə, “bankirlər” yanvarın 11-də Hollandiyanın aşağı liqa klubu olan “NWG Asten”lə qarşılaşacaq. Qarşılaşma saat 16:00-da başlayacaq
Qeyd edək ki, bank klubu Almaniyanın “Holşteyn Kil”, Qazaxıstanın “İrtış” (Pavlodar) və Almaniyanın “Arminiya” klubları ilə üz-üzə gələcək.