Kateqoriyasız

“İnter” və “Milan” onu istəyir

İtaliyanın “İnter” və “Milan” klubları “Atalanta”nın futbolçusu Papu Qomesi heyətinə qatmaqda maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı futbolçu yanvarda “Atalanta”dan ayrılmaq niyyətinədi. Məhz bu səbəbdən həm “İnter”, həm də “Milan” təcrübəli futbolçunu transfer etmək istəyir.

Onun MLS klublarının da hədəfində olduğu bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43