U-19 Azərbaycan çempionatında “İnter” doğma meydanda “Xəzər Lənkəran”ı məğlub edib- 3:0.
İdmaxeber.com-un oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu matç da qalmaqalsız ötüşməyib. Belə ki, oyunun gedişatında tribunadakı bir azarkeşin sözləri “İnter”in baş məşqçisini əsəbləşdirib. Əsəblərinin cilovlaya bilməyən “bankirlər”in çalışdırıcısı azarkeşə su butulkası atıb. Fanat da buna qarşılıq olaraq, həmin butulkanı baş məşqçinin üstünə atıb. Hakimlərin və polislərin müdaxiləsindən sonra ara sakitləşib.
Ancaq oyun bitəndən sonra da məşqçi ilə azarkeş arasında “söz atışması” yenidən alovlanıb.