“İnter” yoldaşlıq görüşündə “Əl İttihad”a məğlub olub.
İdmanxeber.az-ın məlumatına görə, avqustun 7-də Monzada keçirilən görüş Səudiyyə Ərəbistanı klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qolun müəllifi oyunun 25 və 47-ci dəqiqələrində fərqlənən “Əl-İttihad”ın hücumçusu Mussa Diabi olub.
“İnter” A Seriyasının hazırkı çempionu “Əl İttihad” isə ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında beşinci yeri tutub.