21 Fevral 2025
Dünya futbolu

“İnter”də ciddi itki

“İnter” klubunun qapıçısı Yan Zommer zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, 36 yaşlı oyunçunun durumu ciddidir. O, 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Yann Zommer bu mövsüm “İnter”in heyətində meydana çıxdığı 35 rəsmi matçda qapısında 28 qol görüb. Təcrübəli qapıçı 19 oyunda “çərçivə”ni toxunulmaz saxlamağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43