“İnter”in hücumçusu Xoakin Korrea gələcəyi ilə bağlı qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli oyunçu baş məşqçi Simone İnzaqinin planlarına daxil deyil. 30 yaşlı argentinalı ilə müqaviləni uzadılmayacaq.
Xoakinlə bir neçə klubun maraqlandığı da bildirilir. Korrea cari mövsüm 5 matçda ümumilikdə 148 dəqiqə oynayıb. Onun aktivində 1 qol və 2 məhsuldar ötürmə var.