Dünya futbolu

“İnter”dən növbəti transfer

İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə,  Milan təmsilçisi “Latsio” klubundan Xoakin Korreanı transfer edib. 27 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Xoakin Korrea müxtəlif illərdə “Sampdoriya”, “Sevilya” kimi komandaların da formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43