"İnter" Avropa Liqasının birinci təsnifat mıərhələsinin cavab görüşündə öz meydanında qonaq edəcəyi Moldova "Tiraspol"u ilə oyuna ciddi itki ilə çıxacaq.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, moldovanlarla oyun öncəsi məşq zaman Elvin Məmmədov zədələnib. Topuğu şişən futbolçunun zədəsi ciddidi və onun iyulun 10-da "Tiraspol"la cavab matçında meydana çıxma ehtimalı olduqca azdı.
Qeyd edək ki, "bankirlər"in yeni transferi olan Elvin Məmmədov Moldovadakı ilk matçda özünü ən yaxşı tərəfdən göstərən futbolçulardan idi.