Kateqoriyasız

“İnter”də ciddi itki: Məşqdə zədələndi, əsaya möhtac qaldı – FOTO

Paytaxtın “İnter” klubu ciddi itki ilə üzləşib.

İdmanxeber.com-a bu barədə klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib. Klub rəsmisi komandanın aparıcı üzvlərindən olan Matiya Şpiçiçin məşqdə topuğundan zədələndiyini və hazırlığı yarımçıq dayandırdığını bildirib.

Müayinədən sonra Şpiçiçin ən yaxşı halda 1 ay sonra məşqlərə başlaya biləcəyi bildirilib. Hazırda futbolçu əsayla gəzir.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43