Ölkə futbolu

“İnter”də iki transfer birdən

“İnter” növbəti transferlərini həyata keçirdi.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, komanda Paraqvay və İtaliya vətəndaşlıqları olan Sezar və David Meza Kolli qardaşlarıyla münasibətlərini rəsmiləşdirdi. Sezar hücum, David isə yarımmüdafiəçi mövqeyində oynayır. Hər iki futbolçunun son komandası İtaliyanın “Çezena” klubu olub. Qardaşlarla imzalanmış müqavilənin müddəti 1 il təşkil edir.

Yeni futbolçuların adları PFL-in iştirak ərizəsinə tezliklə əlavə olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43