27 Dekabr 2024
Dünya futbolu

“İnter”də parlayan futbolçu futbolu buraxdı

"İnter"in gələcəyinə böyük ümid bəslədiyi 21 yaşlı futbolçusu Feliçe Natalino futbolu buraxmaq məcburiyyətində qalıb.

Buna səbəb onun ürəyində olan problemlərdir. 18 yaşında "İnter"in heyətində debüt edən Natalino 2013-cü ilin əvvəlində ürəyindən əməliyyat olunub və həkimlər bundan sonra futbolçuya oynamağa icazə verməyiblər. Gənc müdafiəçi məcburiyyət qarşısında qalaraq, futbolu buraxıb.

Qeyd edək ki, Natalino “Verona” və “Kroton”da icarədə oynamaqla yanaşı, İtaliyanın bütün aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43