Bakının “İnter” klubu Premyer Liqanın V turu qarşılaşacağı “Bakı” ilə matçın hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “bankirlər” dünən iki dəfə məşq keçiblər. Sxadadze bu gün komandanı bir dəfə hazırlığa cəlb edəcək.
“İnter”in heyətində zədəli olan Mirzağa Hüseynpur da artıq fərdi məşqlərə başlayıb. Onun “Bakı” ilə oyunda meydana çıxıb-çıxa bilməyəcəyi sual altındadı.