Topaz Premyer Liqasının 12-ci turunda hazırda davam edən “Qəbələ” – “İnter” matçında (1:1) qonaq komanda ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, “İnter”in hücumçusu Limam Seydi ikili mübarizədə yerdə qalıb.
Oyunu davam etdirə bilməyən fransalı futbolçu 82-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. Onun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.
Qeyd edək ki, görüşün 27-ci dəqiqəsində “Qəbələ”nin hücumçusu Sergey Zenyov zədələnərək meydanı vaxtından əvvəl tərk edib.