Ölkə futbolu

“İnter”dən ilk transfer: Kosta-Rikadan müqaviləyə gəlir, xorvat isə yoldadır – ÖZƏL

Bakının "İnter" klubu daha bir futbolçunu rənglərinə bağlayır.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, "bankirlər" Kosta-Rikadan olan bir forvardla müqavilə imzalayacaq. Adı açıqlanmayan, hal-hazırda ölkəsində olan hücumçu paytaxt komandasına birbaşa müqavilə imzalamağa gəlir. Müqavilənin müddəti isə 1 illikdi. 

Bundan əlavə bank klubu xorvat olan bir hücumçunun da yolunu gözləyir. Bu forvard isə baxışa gəlir. O, özünü doğrultsa Sxadadze onu komandaya götürəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43