Antalyada təlim-məşq toplanışında olan “İnter” növbəti yoxlama oyununu keçirib.
"Bankirlər"in budəfəki rəqibi Almaniya III liqasında mübarizə aparan “Holşteyn Kil” klubu olub. İlk oyunda Hollandiyanın KWC klubuna 8:0 hesabı ilə qalib gələn Sxadadzenin yetirmələri eyni uğuru bu dəfə təkrarlaya bilməyiblər.
Belə ki, paytaxt klubu almanlar önündə əlacsız qalıb – 0:3.
Komandamız Türkiyə toplanışı dönəmində daha 3 yoxlama matçı da keçirməyi planlaşdırır.