Müsahibə

“İnter”in aparıcı üzvü: “Bu söhbətlər artıq bizi bezdirib” – MÜSAHİBƏ

"İnter"in aparıcı futbolçusu Asif Məmmədovun İdmanxeber.com saytına müsahibəsi.

– Asif, ilk üç turda məğlub oldunuz. Son turda "Rəvan" üzərində böyükhesablı qələbə qazanaraq, yeni mövsümdə ilk 3 xalı 4-cü turda əldə etdiniz. Belə zəif çıxışınızın səbəbi nədi?
Səbəbini mən də bilmirəm. Bütün oyunlarda öndə ola-ola uduzduq. Yəqin ki, hardasa səhv etmişik ki, uduzmuşuq. Hamı dərk edir ki, belə səhv etmək olmaz. Bu cür səhvlər sonda baha başa gəlir bizə. Biz "Rəvan"la oyuna sonuncu şans kimi baxırdıq. Yaxşı ki, qələbə qazanıb, "qara zolaq"dan çıxdıq.

– 4 tur geridə qalıb və cəmi 3 xal qazanmısız. Erkən olsa belə demək yerinə düşər. İlk pillədən sizi 9 xal ayırır…
9 xa mövsüm yeni başladıqı üçün böyük xal fərqi deyil. Hələ oyunlar qarşıdadı. Heç nə itirilməyib.

– Bu tur "Simurq"la qarşılaşacaqsız. Hər kəs bu oyunu "qardaşlar"ın dueli kimi qələmə verir. Bu barıədə fikirlərini bilmək istəyərdim.
Bu söhbətlər bezdirib artıq bizi. Kim nə deyir, qoy desin. Burda heç bir qardaşlıqdan söhbət gedə bilməz. Onlar da xal qazanmaq istəyir, biz də. Kim güclüdürsə qoy o qalib gəlsin. Danışılan söhbətlər mənasızdı.

– Zaqatalalı azarkeşlər hətta Bakıya, "Simurq"a dəstək olmaq üçün gəlməyəcəklərini deyirlər.
Gəlsinlər də… Komandaları üçün gəlib azarkeşlik edəcəklər. Bu oyunu daha da maraqlı edəcək.

– Avrokubok oyunlarında göstərdiyin performansın ardından daxili çempionatda əsas heyətə düşməkdə çətinlik
çəkirsən. Bunun məntiqi nəticəsi kimi, son turda cəmi 8 dəqiqə meydanda olmusan. Sxadadze artıq sənə güvənmirmi?

Yox, güvənsizlik deməzdim. Zədədən sonra ola bilər əvvəlki formamda deyiləm. Gələcək oyunlarda yaxşı olar.

– "Qarabağ"ın "Ayntraxt"la səfər matçına baxdınmı? Bu oyunla bağlı düşüncələrin maraqlı olardı…
"Qarabağ" dünən "Ayntraxt"dan daha yaxşı oynadı. Oyuna axıra kimi baxdım. Çox gözəl oyun oldu. "Qarabağ" turu keçməyə layiq idi.

Səxavət QURBANOV
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43