Kateqoriyasız

“İnter”in avrokuboklar təcrübəsi yetərincə olan rəqibi – “Elfsborq”

Moldova "Tiraspol"unu iki görüşün nəticəsində (2:3, 3:1) məğlub edərək, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə yüksələn "İnter" bu turnirin ikinci mərhələsindəki rəqibini də tanıyır.

İdmanxeber.com-un məlumatına görə, "bankirlər"in ikinci turdakı rəqibi İsveçin "Elfsborq" klubudu.

"İnter"in rəqibi olacaq "Elfsborq"un təməli 1904-cü ildə İsveçin Buros şəhərində qoyulub. Komanda ev oyunlarını 16.894 min tamaşaçı tutumuna malik "Buros Arena"da keçirir.

Komandanın prezidenti Bosse Yohanson, baş məşqçisi isə Klas İngessondur. "Elfsborq"un rəngləri isə sarı və qırmızıdır.

"Sarı-qırmızılılar"ın uğurlarına gəldikdə, komanda Allsvenskanda (İsveç çempionatı) altı dəfə çempionluq sevinci yaşayıb – 1936, 1939, 1940, 1961, 2006, 2013. Bundan əlavə, "Elfsborq" üç dəfə İsveç kubokunun (2001, 2003, 2014) və bir dəfə İsveç Superkubokunun qalibi olub (2007).

"İnter"in rəqibinin Avrokubok təcrübəsi də var. UEFA kubokunda (hazırkı Avroliqa) ümumilikdə 104 görüşdə iştirak edən "Elfsborq" bunların 41-də qələbə qazanıb, 43 dəfə məğlub olub, 20 dəfə sülh bağlayıb. İsveç komandasının qitənin ən güclü turnirindəki statistikası isə belədir: 10 görüş – 4 qələbə, 3 heç-heçə, 3 məğlubiyyət.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43