Avropa Liqasının ikinci təsnifat mərhələsində Bakı “İnter”inin rəqibi olan “Elfsborq” İsveç çempionatında növbəti matçını keçirib.
İdmanxeber.com-un məlumatına görə, “bankirlər”in rəqibi doğma meydanda “Brommapoykarna” ilə qarşılaşıb.
80-ci dəqiqəyə kimi 0:2 hesabı ilə geridə olan “Elfsborq” sona 10 dəqiqə qalmış 2 qol vuraraq məğlubiyyətdən qaça bilib – 2:2.
Qeyd edək ki, “Elfsborq” 14 turdan sonra 25 xalla dördüncü yerdə qərarlaşıb.