Avroliqanın qrup mərhələsinin ikinci turunda “İnter” “Qarabağ”ı iki cavabsız qolla yenərək maksimum nəticəyə imza atıb.
İdmanxeber.com-un məlumatına görə, matçdan sonra Milan təmsilçisinin baş məşqçisi Valter Matsari qələbəyə belə şərh verib:
“Futbolçuların çətin komandaya qarşı oynadılar, son turda “Kalyari”yə 4:1 hesablı məğlubiyyətdən sonra belə oynamaq asan deyildi. Bu oyundada bizi tək qoymayan azarkeşlərimizə təşəkkür edirəm. Mövsümdə ardıcıl 6-cı oyunumuz idi, bu oyunlarda da həddindən artıq güc sərf etmişdik. Əsas odu ki, “Kalyari” məğlubiyyətndən dərs çıxarda bildik. Bu qələbə haqqda çox danışmaq istəmirəm, artıq bir neçə saat sonra bu oyunu unudub çempionat oyunlarına hazırlaşmalıyıq”.