10 Oktyabr 2024
Kateqoriyasız

“İnter”in baş məşqçisi: “Uzun müddət “yatdıq”

“Birinci hissədə “yatdıq”, özü də uzun müddət “yatdıq”. İkinci yarıda daha yaxşı oynadıq. Epizodlarımız oldu, ancaq fərqlənə bilmədik. “Qarabağ” yaxşı komandadı, oyunun çətin keçəcəyi bəlli idi”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

“Qarabağ” məğlubiyyətindən danışan təcrübəli mütəxəssis daha sonra sözlərinə belə davam edib:

“Penalti epizodunda Lomayanın topa oynadığını gördüm. Dəqiq fikir söyləmək üçün epizodun videoyazısına baxaq. Oyundan sonra paltardəyişmə otağında xüsusi söhbətimiz olmadı, sadəcə uşaqlar dedilər ki, bizim günahımız  yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43