18 Fevral 2025
Kateqoriyasız

“İnter”in “Elfsborq”la oyunlarının vaxtı bəlli oldu

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “İnter”in  rəqibi İsveçin “Elfsborq” klubu oldu.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə  görə,  hər iki görüşün başlama vaxtları UEFA tərəfindən açıqlanıb.

İlk matç iyulun 17-də İsveçdə “Boras Arena”da baş tutacaq və bu qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bir həftə sonra – iylun 24-də komandalar “Şəfa” stadionunda üz-üzə gələcək. Həmin oyun da saat 21:00-da start götürəcək.

Xatırladaq ki, turnirin birinci təsnifat mərhələsində “İnter” Moldovanın “Tiraspol” komandasını hər iki oyunda məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43