“Öz meydanımızda mübarizə aparacağıq. Ancaq bizi çətin oyun gözləyir. Çünki rəqib haqda məlumatımız azdır. Bununla belə, sübut etməliyik ki, “İnter” öz meydanında hər bir rəqibini üstələyə bilər”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la “İnter”inin futbolçusu Andrea Ranokkiya söyləyib:
“Qrup mərhələsinə yaxşı başlamışıq. Bu uğurun ardını gətirməliyik. Bizdə hər şey yaxşıdır. “İnter” peşəkar klubdur. Buna görə də rəqibin kimliyindən asılı olmayaraq hər bir oyuna məsuliyyətlə yanaşırıq”.