“İnter”in futbolçusu Marko Andreolli də “Qarabağ”ın vurduğu qolda heç bir qayda pozuntusunun olmamasını bildirib.
İdmanxeber.com-un məlumatına görə, Milan klubunun futbolçusu verdiyi açıqlamada qoldan sonra hakimə yaxınlaşaraq heç bir qayda pozuntusunun olmadığını bildirdiyini qeyd edib:
“Qolun qeydə alınmadığını görəndə, hakimə yaxınlaşaraq topun bizim futbolçunun ayağına dəydiyini bildirdim. Amma hakim mənə qulaq asmadı. Oyundan sonra baş məşqçinizə dedim ki, sizin haqlı qolunuz sayılmadı. “Qarabağ”a növbəti oyunlarda uğurlar arzulayıram”.