İtaliyanın “İnter” klubunun futbolçusu Lautaro Martinez qəza törədib.
İdmanxeber.az-ın məlumatına görə, Milan klubunun üzvü avtomobili ilə velosipedlə hərəkət edən 37 yaşlı qadını vurub.
Xəstəxanaya yerləşdirilən yaralının vəziyyətinin yaxşı olduğu, 21 yaşlı oyunçunun isə heç bir xəsarət almadığı bildirilir.