Kateqoriyasız

“İnter”in futbolçusu: “Qarabağ” həmin səhvlərə görə bizi cəzalandıra bilərdi”

İtaliya “İnter”inin futbolçusu Yute Naqatoma “Qarabağ”la oyun(2:0) haqqında fikirlərini İtaliya mətbuatına açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, futbolçu bu fikirləri söyləyib:

“Qarabağ” asan rəqib deyil. Onlar oyuna  daha yaxşı başladılar. Sonradan özümüzə gələ bildik. Lazım olan qələbəni qazandıq. Razıyam, müdafiə xəttimizdə çatışmazlıqlar var.  Amma bundan əvvəlki uğursuzluqlarda tək müdfiə xəttinin yox bütün komandamızın səhvi var. “Qarabağ”la oyunda da müəyyən səhvlərə yol verdik. “Qarabağ” həmin səhvlərə görə bizi cəzalandıra bilərdi. İkinci hissədə isə artıq oyunumuzu tapdıq və qələbəni təmin etdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43