“İnter” hücumçusu Martin Satriano karyerasını Fransada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu icarə əsasında “Lans”da forma geyinəcək. 21 yaşlı forvardla 2025-ci ilin yayınadək müqavilə imzalanıb.
Satriano ötən mövsümü icarə əsasında “Brest”də keçirib. O, 36 oyunda 6 qol vurub və 4 qolun ötürməsini verib.