UEFA Avropa Liqasında ölkəmizi təmsil edəcək “İnter”in heyətinə qatmaq istədiyi Benin əsilli fransalı Omar Kossoko ilə danışıqlar müsbət sonlanmayıb.
İdmanxeber.com-un məlumatına görə, Sofiya ÇSKA-asının şərəfini qoruyan Kossokonun meneceri ilə ortaq məxərəcə gələ bilməyən “bankirlər” danışıqları dondurub.
Hazırda Türkiyənin İzmit şəhərində təlim-məşq toplantısında olan Bank klubu hücumçu axtarışlarını davam etdirir.