“Bacardıqca yaxşı oynamağa çalışdıq və əzmkar 1 xal əldə etdik. Belə bir çətin səfərdən 1 xalla qayıtmaq yaxşıdır”.
Bu sözləri İdmanxeber.com-a açıqlamasında “İnter”in futbolçusu Dieqo Martins deyib.
Bank klubunun yarımmüdafiəçisi “Qəbələ” ilə 1:1 heç-heçə oynadıqları görüş haqda danışarkən daha sonra sözlərinə belə davam edib:
“Son 3 oyunda 3 xal qazansaq da, biz yaxşı oyun nümayiş etdiririk. Qol vurub komandama kömək etdiyimə görə xoşbəxtəm. Maliyyə durumumuza gəlincə isə, maaşlar geciksə də verilir. Amma mükafatı ala bilmirik”.