İtaliya “İnter”i gözünü “Tottenhem”in futbolçusu Erik Lamelaya dikib.
İdmanxeber.com-un məlumatına görə, Milan şəhərinin klubu ötən mövsüm 31 milyon avro qarşılığında “Roma”dan “Tottenhem”ə transfer olunan argentinalı hücumçu üçün hərəkətə keçib.
Artıq klubun prezidenti Erik Thohir də açıqlamasında Lamelayla maraqlandıqlarını gizlətməyib.
Qeyd edək ki, “İnter” “Mançester Yunayted”dən Nemanya Vidiçi heyətinə qataraq bu yay ilk transferini reallaşdırmışdı.