Mətbuatda yayılan xəbərlərə görə "İnter"in gənc üzvü, qapıçı Səlahət Ağayev "Qəbələ" klubu ilə anlaşıb. Hətta yanvarın 5-dən onun Yuri Syominin sərəncamında olacağı da bildirilirdi.
"İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovdan aldığımız məlumata görə, klub perspektivli qapıçını "Qəbələ"yə göndərmək niyyətində deyil.
"Bizlə müqaviləsi davam edən futbolçuya hər hansı bir transfer təklifi olunmayıb və yayılan xəbərlər şaiyədir".
mənbə: idmanxeber.com