“İnter” futbol komandasının qış təlim-məşq toplanışı məlum oldu.
İdmanxeber.com-un məlumatına görə, dekabr ayının 21-də “Qəbələ” futbol komandasıyla görüşdən sonra futbolçular istirahətə göndəriləcəklər. Yanvarın ayının 2-də komanda üzvləri Türkiyənin Antalya mahalına toplaşacaqlar. Məşq prosesi yanvarın 3-də başlayacaq. İlk yoxlama görüşünün yanvarın 6-da keçirilməsi gözlənilir. Digər yoxlama oyunları barədə məlumat veriləcək. Komanda yanvarın 24-də vətənə qayıdacaq.