İtaliyanın “İnter” klubunun sahibi dəyişib.
İdmanxeber.az-ın məlumatına görə, Milan təmsilçisinə ABŞ-ın “Oaktree Capital” şirkəti rəhbərlik edəcək.
“İnter”in sabiq rəhbərliyi Çin dövlətinə məxsus “Suning Group” şirkəti idi. Sözügedən şirkət “Oaktree Capital”a olan 368 milyon avro borcunu ödəyə bilmədiyi üçün klub əl dəyişdirib.
Yeni sahiblərin klubda hansı addımları atacağı hələlik məlum deyil. Xatırladaq ki, “İnter” cari mövsümü çempion kimi tamamlayıb.