Kateqoriyasız

“İnter”in transfer etmək istədiyi fransız futbolçu haqda hər şey bizdə!

Öncədən də sizə xəbər verdiyimiz kimi “İnter”in düşərgəsində bir fransız futbolçu – Yohan Bokoqnano baxışdadı. 

İdmanxeber.com-un məlumatına görə, 23 yaşlı sağ mərkəz müdafiəçisi 1.85 boya malikdi. Yohan peşəkar futbolçu karyerasında 2008-2009-cu illərdə ölkəsinin “Ayaçço” klubunda başlayıb. Bir mövsüm ərzində Yohan cəmi 1 dəfə meydana çıxmaq şansı qazanıb. 

Daha sonra isə “Nim” (29 oyun) və “Ayaçço” (əvəzedicilər, 52 oyun, 6 qol)  kimi klubların şərəfini qoruyub. Onun son klubu isə “İstr” olub. Maraqlıdır ki, futbolçu yeni komandasında heç debüt belə edə bilməyib. 

Ümumiyyətlə Yohan Bokoqnano yalnız Fransa çempionatında top qovub. 

Qeyd edək ki, Yohan “İnter”in “Tsyets”lə (2:0) yoxlama matçında meydanda olub və Sxadadze onun oyununu bəyənib. Sadəcə gürcüstanlı çalışdırıcı fransızı daha bir dəfə “ələk”dən keçirtmək istəyir.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43