Kateqoriyasız

“İnter”lə oyun öncəsi “Rəvan”da 3 qayıdış

Premyer Liqanın XII turu çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaq “Rəvan” bu oyun öncəsi iki futbolçusunun qayıdışına sevinir.

Məsələ burasındadır ki, “Bakı” ilə oyunu zədə ucbatından buraxmalı olan Elvin Həsənəliyev və Sohib Savankulov “İnter”lə qarşılaşmada Şahin Diniyevin sərəncamında olacaq.

Bundan əlavə cəzası bitən Miloş Adamoviç də sözügedən qarşılaşmada iştirak edəcək. Bu barədə idmanxeber.com saytına klubun mətbuat xidmətindən məlumat verilib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43