Dünya futbolu

“İntihar edirdim, polis silahı əlimdən aldı”

"Elazığspor"un baş məşqçisi Yılmaz Vural ölkəsinin mətbuatına maraqlı açıqlamalar verib.

O, 2007-ci ildə "Antaylaspor"u çalışdırdığı dönəmdə komandasının aşağı liqaya düşməsinə dözə bilməyib və intihara cəhd edib, amma polislər buna mane olub.

“Özümə qəsd edirdim. Bu hadisədən o qədər təsirləndim ki… Doğrudu, rəsmən intihar edirdim, amma 15 polis gəlib, silahı əlimdən aldılar. Doğru söyləyirəm, zarafat deyil. Gedişatı dəyişməyə çalışırdım, amma alınmırdı".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43