Dünya futbolu

İnyesta və Vidal “İnter”in hədəfində

“İnter”in idman direktoru Pyero Auzilio “Barselona”lı həmkarı Aredo Braydoyla görüşüb.

Görüş zamanı “İnter” rəsmisi Kataloniya klubunun 2 futbolçusu ilə maraqlandıqlarını bildirib.

Belə ki, Milan təmsilçisi Andreas İnyesta və Aleiş Vidalın xidmətində maraqlıdır.

Qeyd edək ki, İnyestanın “Barselona” ilə müqaviləsi gələn yay başa çatır. 27 yaşlı Vidalın sözləşməsi isə 2020-ci ilə kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43