Andres İnyesta ötən yay Birləşmiş Ərəb Əmirliklərinin “Emireyts” klubuna transfer olunub.
İdmanxeber.az-ın məlumatına görə, 39 yaşlı yarımmüdafiəçi ötən həftəsonu professional karyerasında 1000-ci oyununa çıxıb. O, “Barselona”da 723, “Vitsel Kobe”də 134, “Emireyts”də 12, İspaniya millisində isə 131 oyunda meydanda olub.
Xatırladaq ki, İnyesta bu 1000 oyunda bir dəfə belə olsun qırmızı kart görməyib.