Simone İnzaginin “İnter”i üçün bu mövsüm hər şey yolunda gedir.
İdmanxeber.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis son zamanlar haqqında çıxan xəbərlər barədə danışıb:
“Mən “İnter”də çox xoşbəxtəm. Yeni müqavilə? Problem yoxdu. Rəhbərlik və oyunçularla aramda çox yaxşı münasibət var. Mən yalnız bizim performansımıza fokuslanmışam”.
Xatırladaq ki, İnzaginin “nerazzurri” ilə olan müqaviləsi 2025-ci ilin yayında bitir.