“Recina”nın baş məşqçisi Filippo İnzaqi karyerasını Türkiyədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, o, “Fatih Karagümrük”ün baş məşqçisi postunda Andrea Pirlonu əvəz edəcək. Klubun artıq mütəxəssislə anlaşdığı bildirilir.
İnzaqi futbolçu karyerasını 2012-ci ildə başa vurub. O, bundan əvvəl “Milan”, “Venesiya”, “Bolonya” və “Benevento” klublarını çalışdırıb.
“Fatih Karagümrük” Türkiyə çempionatının turnir cədvəlində 33 oyundan 44 xalla 9-cu pillədə qərarlaşıb.