Kateqoriyasız

İqor Çerevçenko: “Qarabağ” səviyyəli komandadı”

Avstriyada “Qarabağ”la yoxlama oyunu keçirən Moskva “Lokomotiv”inin baş məşqçisi İqor Çerevçenko Ağdam klubu ilə baş tutan matçdan danışıb.

İdmanxeber.com-un məlumatına görə, Rusiya təmsilçisinin çalışdırıcısı “Qarabağ”ı yüksək səviyyəli komanda adlandırıb:

“Hansı hava şəraitində oynadığımızı özünüz gördünüz. Ancaq bu, hər iki komanda üçün eyni idi. Ötürmələr zamanı çox sayda səhvlər etdik. Uşaqlar ağır hərəkət edirdilər. Buna baxmayaraq, onlara “afərin” deyirəm ki, sona qədər mübarizə apardılar. Futbolçularıma heç bir iradım yoxdu. “Qarabağ” topla yaxşı davranan yüksək səviyyəli komandadı”.

Tacikistan əsilli  məşqçi həmvətənimiz Aleksandr Səmədovun heyətdən kənar qalmasının səbəbini də açıqlayıb: “Saşa bir qədər zədəlidi. Həkimlərin məsləhətinə əsasən oyunu buraxmalı oldu”.

Xatırladaq ki, “Qarabağ” – “Lokomotiv” oyunu 2:2 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43