Ötən mövsüm Azərbaycan I Liqasında çıxış edən “İrəvan” klubu barədə qərar qəbul edilib.
İdmanxeber.az-ın məlumatına görə, AFFA-nın baş katibi Sərxan Hacıyev komandanın federasiyanın bayrağı altında keçirilən bütün yarışlardan uzaqlaşdırıldığını açıqlayıb.
Xatırladaq ki, sözügedən klubun adı ötən mövsüm danışılmış oyunlarda hallanırdı.