Dünya futbolu

İran millisi DÇ-2018-də

DÇ-2018-in seçmə mərhələsinin Asiya zonasının A qrupunda bir oyun keçirilib.

İdmanxeber.com-un məlumatına görə, qrupun lideri olan İran millisi öz meydanında Özbəkistan yığmasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Bu qələbə ilə xallarının sayını 20-yə çatdıran İran yığması 2 tur öncədən DÇ-2018-ə vəsiqəni təmin edib. Rusiyada keçiriləcək mundial bu yığmanın qatıldığı 5-ci dünya çempionatı olacaq. İranlılar daha öncə 1978, 1998, 2006 və 2014-cü illərdə keçirilən mundialların iştirakçısı olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43