20 Sentyabr 2024
Dünya futbolu

İranlı futbolçu “İnter”də – RƏSMİ

“İnter” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Milan təmsilçisi Mehdi Taremi ilə 3 illik müqavilə bağlayıb. 31 yaşlı hücumçunun sonuncu klubu Portuqaliya təmsilçisi “Portu” olub.

İran millisinin də şərəfini qoruyan M.Taremi 86 matçda 49 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43