23 Sentyabr 2024
Dünya futbolu

İranlı futbolçu İspaniya klubuna keçə bilər

Cari mövsümü icarə əsasında “Roma”da çıxış edən Serdar Azmun karyerasını İspaniyanın “Sevilya”sında davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkədə məlumat yayıb. Müqavilə ilə “Bayer”ə məxsus olan oyunçu ilə A Seriyasının bəzi klubları da maraqlanır.

İranlı futbolçu 2023/24 mövsümündə “Roma”nın heyətində bütün yarışlarda 29 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43