AVRO-2016-nın final mərhələsinə çıxmaq üçün pley-off matçları çərçivəsində növbəti oyun baş tutub.
İdmanxeber.com-un məlumatına görə, "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin şərəfini qoruduğu Bosniya və Hersoqovina millisi səfərdə İrlandiya ilə qarşılaşıb.
İlk görüşdə öz meydanında 1:1-lik heç-heçə edən bosniyalılar səfərdə irlandlara 2 cavabsız qolla məğlub olaraq final mərhələsinə vəsiqə qazana bilməyiblər.
16 noyabr
"Avro-2016", pley-off mərhələsinin cavab oyunu
23:45 İrlandiya – Bosniya və Hersoqovina
Qollar: Ualters, 24 (pen), 70
İlk oyun – 1:1