“Qarabağ”ın yeni transferi sosial şəbəkədə etdiyi paylaşımla “Sabah”la vidalaşıb.
İdmanxeber.az xəbər verir ki, millimizin üzvü klub rəhbərliyinə, məşqçilər heyətinə və bütün kollektivə təşəkkür edib:
“İndi hiss etdiklərimi söyləmək vaxtıdır. Təəssüf ki, gec oldu. Sadəcə hər şeyi necə ifadə edəcəyimi bilmirəm. “Sabah”da olduğum müddətdə mənə kömək olanlara təşəkkür etmək istəyirəm. 4 il bir anda ötüb keçdi, həm sevincli, həm də kədərli anlar oldu. Minnətdaram ki, olanları birlikdə adladıq. Futbol meydançasındakı hər komanda yoldaşıma təşəkkür edirəm, sizinlə oynamaq şərəf idi.
Həkimlərə təşəkkür edirəm. Çətin anlarda bizi ayağa qaldırdız, yanımızda olduz. Rəhbərliyə minnətdaram, hər problemi tez zamanda həll etdiz, köməyimizdə durduz. Bizi dinləyən, bizimlə görüşən rəhbərliyə çox sağ ol deyirəm. Murad Musayevin rəhbərlik etdiyi məşqçilər korpusuna xüsusi təşəkkür edirəm. Bizə inandığınız və meydanda əsl emosiyaları hiss etməyimizə imkan verdiyiniz üçün təşəkkür edirəm. Klubun bütün əməkdaşlarına minnətdaram, hər birinizin işin yüksək qiymətləndirmiş və ədalətli olmağa çalışmışam. Özüm üçün yalnız bir şeyi deyə bilərəm: həmişə bütün gücümlə mübarizə aparıb, dürüst olmağa çalışmışam. Və əlbəttə ki, yaxşı və pis anlarda kluba dəstək olan hər bir azarkeşə təşəkkür edirəm. Siz olmasaydınız, bunlar olmazdı”.
Aleksey 2020-2024-cü illərdə “Sabah”ın formasını geyinib.