İŞİD(İraq Şam İslam Dövlət) də dünya çempionatı oyunlarını yaxından izləyir.
İdmanxeber.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, şiələrə qarşı terror aktları törədən İŞİD Argentina yığmasının İranı 1-0 hesabı ilə məğlub etməsini bayram edib. İŞİD sosial media vasitəsi ilə Messini tərif atəşinə tutub. “İraq Şam İslam Dövləti” Messini “Latın Amerika əmiri” elan edib və futbolçunu “Ebu Hədəf” (qolun atası) adlandırıb.